W O R D P R E S S A Z
WPAZ about image

WordPress Azerbaijan

WordPress Azerbaijan olaraq 2016-cı ildən bir çox yerli və xarici müştərilərimiz üçün modern vebsaytlar hazırlayırıq. Hər bir layihəyə xüsusi diqqətlə və yüksək operativliklə yanaşırıq.

Həm yeni saytların sıfırdan WordPress üzərində qurulması, həm köhnə saytların yenilənməsi xidməti göstəririk. Həmçinin WordPress-də işləyən hazırki saytların nasazlıqlarını, dizayn problemlərini həll edirik, açılma sürətlərini optimallaşdırırıq, databazalarını viruslardan, təhlükəli kodlardan təmizləyirik, antivirus və captcha sistemini tətbiq edirik. Saytları qurarkən SEO-ya xüsusi diqqət yetiririk: Google, Yandex, Bing axtarış sistemlərinə əlavə edib, H-teq strukturunu, meta başlıqlarını və təsvirlərini qururuq.

E-commerce saytlara özəl marağımız var. Hər bir düymənin rəngini, animasiyasını, yazı stilini qurarkən müştəri rahatlığını ağlımızda tuturuq. Yerli ödəniş sistemlərindən Millikartla əməkdaşlıq edirik, xarici ödəniş sistemlərindən isə PayPal, Stripe və Yandex Kassayla işləmə təcrübəmiz var.

Bütün işlərimizdə dürüstlük, operativlik prinsiplərimizə sadiq qalırıq və dizayna önəm veririk.

Saytınızın dəqiq qiymətini öyrənmək üçün yaratdığımız kalkulyatordan istifadə edə bilərsiniz.
Hörmətlə,
WordPress Azerbaijan.

Niyə məhz biz?

Ödənişsiz konsultasiya
Ödənişsiz konsultasiya

Saytlarla bağlı bütün suallarınıza həmişə cavab verməyə hazırıq. Heç bir ödəniş tələb etmədən. Bloqumuzda mütəmadi olaraq ən çox verilən suallara cavab yazmağa çalışırıq.

Peşəkar komanda
Peşəkar komanda

WordPress saytların düzəldilməsi üzrə ixtisaslaşmış peşəkar komandayıq. Azərbaycandakı bir çox marketinq agentlikləriylə əməkdaşlığımız var.

Aydın qiymət paketləri
Aydın qiymət paketləri

Sizə lazım olan bütün xidmətlər üzrə yekun qiyməti saytımızda əvvəlcədən hesablaya bilərsiniz. Bunun üçün qiymət kalkulyator səhifəsinə keçin.

Operativ xidmət
Operativ xidmət

Yeni saytların hazırlanması adətən 1-3 həftə ərzində yekunlaşır. Əgər saytın bütün kontenti əvvəlcədən hazırlansa, 3-4 gün ərzində sayt təhvil verilə bilər.

Münasib qiymət
Münasib qiymət

WordPress idarəetmə panelinə artıq sahib olduğundan, sıfırdan kodlaşdırılmır. Bu isə saytın qiymətini daha ucuz etməyə imkan verir. Vebsayt xidmətrəmizin ödənişini iki dəfəyə etmək imkanınız var.

Admin panel
Admin panel

WordPress saytları hazır admin panelə sahib olurlar. Sifarişçi öz istəyinə uyğun saytda dəyişikliklər edə bilər: yeni bloq, menu, məhsul əlavə etmək və s. Admin panelin istifadəsi müştərilərimizə göstərilir.

Adres:

Bakı, Azərbaycan

Telefon:

+99455 707 18 77