WPAZ-about-image

WordPress Azerbaijan

WordPress Azerbaijan olaraq 2016-cı ildən bir çox yerli və xarici müştərilərimiz üçün modern vebsaytlar hazırlayırıq. Hər bir layihəyə xüsusi diqqətlə və yüksək operativliklə yanaşırıq.

Həm yeni saytların sıfırdan WordPress üzərində qurulması, həm köhnə saytların yenilənməsi xidməti göstəririk. Həmçinin WordPress-də işləyən hazırki saytların nasazlıqlarını, dizayn problemlərini həll edirik, açılma sürətlərini optimallaşdırırıq, databazalarını viruslardan, təhlükəli kodlardan təmizləyirik, antivirus və captcha sistemini tətbiq edirik. Saytları qurarkən SEO-ya xüsusi diqqət yetiririk: Google, Yandex, Bing axtarış sistemlərinə əlavə edib, H-teq strukturunu, meta başlıqlarını və təsvirlərini qururuq.

E-commerce saytlara özəl marağımız var. Hər bir düymənin rəngini, animasiyasını, yazı stilini qurarkən müştəri rahatlığını ağlımızda tuturuq. Yerli ödəniş sistemlərindən Millikartla əməkdaşlıq edirik, xarici ödəniş sistemlərindən isə PayPal, Stripe və Yandex Kassayla işləmə təcrübəmiz var.

Bütün işlərimizdə dürüstlük, operativlik prinsiplərimizə sadiq qalırıq və dizayna önəm veririk.

Saytınızın dəqiq qiymətini öyrənmək üçün yaratdığımız kalkulyatordan istifadə edə bilərsiniz.
Hörmətlə,
WordPress Azerbaijan.